Haqqımızda

Şirkət 1998 -ci ildə qurulmuşdur və hal-hazırda Azərbaycanda fəaliyyət göstərən ən iri içməli su və 100% təbii süd tədarükçülərinən biridir. Şirkət “İçim Su” və "İçim Süd" markası ilə məhsullar istehsal edir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin standartlarına tam cavab verən sularımız Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzinin gigiyenik sertifikatına və AZS Milli Sertifikatlaşdırma Sistemi üzrə (AZS 282‐2007) Uyğunluq Sertifikatına malikdir. İstehsal olunan içməli suyun, habelə qablaşdırılmada istifadə olunan plastik qabların və qapaqların gigiyenik sertifikatları təmin edilir.

İstehsal

Şirkət təbii Şollar suyunu ABŞ istehsalı olan filtrlərlə təchiz olunmuş geniş istehsal xəttindən keçirərək insanlara sağlam, təhlükəsiz və saf içməli su təqdim edir. Məhsullarımız müasir standartlara cavab verən şirkətimizdə ən son texnologiyalar vasitəsilə əl dəymədən, bütün gigiyenik tələblər və ekoloji faktorlar nəzərə alınmaqla tam avtomatlaşdırılmış qaydada 4 qat süzülmədən keçərək doldurulur və qablaşdırılır.

İstehsal olunmuş məhsullarımız Bakı şəhərində firma satış məntəqələrinə də göndərilir ki, bu da müştərilərimizə su və təbii südün ən qısa zamanda çatdırılmasını təmin edir.

Xidmәtlәr

Getdikcə böyüyən Bakı şəhərində yollarda olan sıxlıq səbəbindən suyun çatdırılmasında fasilələr yaranması ehtimalı yüksəkdir. Əsas məqsədi su təminatını cəld həyata keçirmək olan “Bir İçim Su” Şirkəti sifariş edilən suyun ən geci 5 dəqiqə ərzində ünvana çatdırılması üçün xidmət göstərdiyi ərazilərdə çevik xidmət depoları təşkil etmişdir.

Müştərilərimizin sifariş verilən andan ən qısa vaxtda suyu təhvil alarkən göstərdikləri məmnuniyyət bizim qürur mənbəyimizdir.

İçməli Su

İçməli dispenser su içmək və qidaların hazırlanmasında istifadə etmək üçün müəyyən standartlara malik su olub dünyanın ən limitli təbii ehtiyatlarından biridir. Dispenser suyun keyfiyyəti aşağıdakı üç kateqoriyaya əsasən müəyyənləşdirilir:
  fiziki,
  kimyəvi,
  mikrobioloji
Dispenser suyun fiziki və kimyəvi xüsusiyyətlərinə onun tərkibindəki ağır metalların miqdarını, bulanıqlıq dərəcəsini misal göstərmək olar. Fiziki xüsusiyyətləri dispenser suyun görünüşünə və dadına böyük təsir göstərir. Mikrobioloji xüsusiyyətlər isə dispenser suyun tərkibindəki bakteriyalar, viruslar, parazitlərlə müəyyən olunur. Bu gün istehlakçıların ən çox üstünlük verdiyi içməli su 19 litrlik sudur.

Bizimlә Әlaqә

Xırdalan / Azərbaycan

H. Əliyev küçəsi 111

(+994 50) 555 47 47 (Su sifarişi üçün)

(+994 51) 500 55 57 (Süd sifarişi üçün)

info@ichim.az